"Sabah" cənubi afrikalı futbolçu ilə maraqlanır

10:40 - 21 Aprel 2020

"Sabah" klubu Cənubi Afrika Respublikasının "Orlando Payrets" klubunda çıxış edən Vinsent Pule ilə maraqlanır.

 

Sportal.az "The Citizien" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçini transfer etmək fikrindədir.

 

Xəbərdə qeyd edilib ki, daha öncə Cənubi Afrikadan Hendrik Ekşteyni alan "Sabah" klubu bu ölkədəki yerli futbolçuları izləyir.

 

Cənubi afrikalı futbolçu 2018-ci ildən "Orlando Payrets"də oynayır.

Xəbər xətti