Robert Prosineçki yenidən Azərbaycan millisinin baş məşqçisi ola bilər.
Sportal.az xəbər verir ki, AFFA "Beşiktaş"dan ayrılan Abdullah Avcı ilə anlaşa bilmədiyi üçün xorvatiyalı çalışdırıcı ilə danışıq aparmağı düşünür.
Hazırda "Kayserispor"u çalışdıran Robert Prosineçkinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. Maliyyə problemlərinə görə Super Liqa klubunda qalmaq istəməyən Prosineçki Azərbaycan millisini çalışdırmağa müsbət yanaşır.
Prosineçki ötən ilin oktyabr ayında federasiya rəsmiləri görüşmüş və təklifi qəbul etməmişdi. Türkiyə Super Liqası başa çatdıqdan sonra AFFA təcrübəli mütəxəssislə müqavilə imzalamağa çalışacaq. Bu dəfə xorvatiyalının razılaşacağı gözlənilir.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
saytlarin hazirlanmasi