"Beşiktaş" "Liverpul"dan icarəyə götürdüyü Loris Karisula yollarını ayırıb.
Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, alman qapıçı 1,6 milyon avro alacağı olduğunu əsas gətirib və Türkiyə təmsilçisini FIFA-ya şikayət edib.
"Beşiktaş"ın ödəmə planını qəbul etməyən qolkiper sözləşməsini təktərəfli ləğv edib.
"Ağ-qaralar" 26 yaşlı əlcək sahibini 2018-ci ildə 2 illik icarəyə götürmüşdü. Alman çərçivə sahibinin illik qazancı 1,5 milyon avro idi. Karius 67 oyunda qapısında 95 top görüb.
saytlarin hazirlanmasi