Marko Deviç karyerasını başa vurur

12:02 - 24 Aprel 2020

"Sabah"ın futbolçusu Marko Deviç karyerasını başa vuracaq.

 

Sportal.az "Futbol1" kanalına istinadən xəbər verir ki, serb əsilli ukraynalı hücumçu paytaxt təmsilçisi ilə müqaviləsi bitəndən sonra butsılarını mıxdan asacağını deyib:

 

"Vida matçı barədə düşünürəm. "Sabah" klubu ilə müqaviləmin müddəti mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm".

 

36 yaşlı futbolçu vida matçını Xarkovda keçirmək istədiyini bildirib:

 

"Yəqin ki, bu da olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etmişəm. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim. Bundan sonra məşqçi və ya futbol agenti olacağam".

 

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb. O, 2018/19 mövsümündə "Sabah"da çıxış edib. Təcrübəli sima bu ilin qış fasiləsində yenidən paytaxt klubuna keçib.

Xəbər xətti