"Sumqayıt"dan ayrılacağını rəhbərliyə bildirdi

13:29 - 7 May 2020

"Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev komandadan ayrılmaq qərarını qətiləşdirib.

 

Sportal.az xəbər verir ki, israilli futbolçu mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmamağa qərar verib. 28 yaşlı futbolçu fikrindən daşınmayacağını klub rəhbərliyinin diqqətinə çatdırıb.

 

Azərbaycan milisinə cəlb edilməsi gözlənilən futbolçu doğma vətəni İsrailə qayıtmaq istəyir. O, "Neftçi" və "Qarabağ"dan təklif gələcəyi halda Azərbaycanda qala bilər.

 

2019-cu ildən "Sumqayıt"da çıxış edən Ağayev bu mövsüm 22 oyunda 5 qol vurub.

Xəbər xətti