Danimarkanın paytaxtı Kopenhagen koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Avropa çempionatına ev sahibliyi edəcəyini təsdiq edib
Sportal.az xəbər verir ki, federasiyanın prezidenti Yesper Meller qitə çempionatını qəbul etməyə hazır olduqlarını bəyan edib: "Avropa çempionatı dünyanın ən böyük turnirlərindən biridir. Bu, tarixi hadisədir və ölkəyə futbol bayramı vermək üçün 4 oyunu qəbul etməyə hazırıq. Bu, həm millimiz, həm də azarkeşlər üçün möhtəşəm hadisə olacaq".
AÇ-2020-nin oyunları 12 şəhərdə baş tutacaq. Bakıda yerləşən Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşması keçiriləcək. AFFA Bakının oyunları qəbul etməyə hazır olduğunu bəyan etmişdi.
saytlarin hazirlanmasi