Nicat Qurbanov: "Maaşlarımızın 50 faizi kəsildi"

23:36 - 8 May 2020

Gürcüstanın "Samtredia" klubunun yarımmüdafiəçisi Nicat Qurbanov Sportal.az-a açıqlama verib.

 

28 yaşlı futbolçu koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa vaxtının müəyyənləşmədiyini deyib:

 

"Çempionatın bərpası ilə bağlı xəbər yoxdur. Komandalar məşqlərə başlamayıb, amma özümüz proqram üzrə hazırlaşırıq. Qruplara bölünüb, fərdi hazırlıq keçirik. Meşə tərəfdə qaçıb, evə qayıdırıq. Kollektiv məşqlərin nə vaxt başlayacağı bilinmir".

 

Nicat çempionatın startına qədər maaşlarının azaldığını bildirib:

 

"Fonda ianə üçün məvacibimizdən tutum olmadı, ancaq çempionat başlayana qədər maaşların 50 faizi kəsildi".

Xəbər xətti