"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə "Ural" maraqlanır. Premyer Liqa təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə danışıq aparacaq.
İsayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. Azərbaycan vətəndaşlığı olan rusiyalı futbolçu 2016-cı ildə "Zenit"lə 3 illik müqavilə imzalamışdı.
O, Sankt-Peterburq klubunun əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.
saytlarin hazirlanmasi