Azərbaycan Premyer Liqası 93 çempionatın yer aldığı siyahıda 48-ci oldu

18:18 - 11 May 2020

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi 21 yaşdan aşağı futbolçuları ən çox oynadan liqaların siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 93 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası da var. Çempionatımız gənc futbolçulara ən çox güvənən 48-ci liqadır (12,6 faiz). Premyer Liqamız Lüksemburq və Malta liqaları ilə qonşudur.

 

Qonşu ölkələr - Gürcüstan 17-ci (20,7 faiz), Ermənistan 37-ci (14,8 faiz), Rusiya 57-ci (11,3 faiz), İran 86-cı (5,3 faiz), Türkiyə sonuncu - 93-cüdür (3,7 faiz).

 

2019-cu ilin statistikalarına əsasən tərtib edilən siyahının ilk pilləsində Slovakiya çempionatı qərarlaşıb (29 faiz). 

 

Böyük ölkələrin çempionatlarında ən yaxşı göstərici Niderland Erediviziyasına məxsusdur - 27,9 faiz.

 

Fransa I Liqası 15 faiz, Belçika Yupiler Liqası 17,6 faiz, Portuqaliya Premyer Liqası 11 faiz, Almaniya Bundesliqası 9,8 faiz, İngiltərə Premyer Liqası 8,5 faiz, İtaliya A Seriyası 7,7 faiz, İspaniya La Liqası 7 faiz göstəriciyə sahibdir.

Xəbər xətti