Şimali İrlandiyanın "Linfild" klubunun futbolçusu Mark Stefford "Qarabağ"la oyunu xatırlayıb.
Sportal.az xəbər verir ki, o, karyerasında unutmadığı 3 matç arasına "Vindsor Park"dakı qarşılaşmanı da daxil edib:
"Öncə rəqib hesabda önə keçsə də, birinci hissənin bitməsinə 5 dəqiqə qalmış cavab qolunu vura bildim. Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və 3:2 hesabı ilə qalib gəldik. Həmin oyun klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Atmosfer çox gözəl idi və azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok görüşləri fərqlidir, hər zaman böyük izdiham yaşanır".
"Qarabağ" Belfastdakı məğlubiyyətin əvəzini Bakıda 2:1 hesablı qələbə ilə çıxıb və səfərdə daha çox qol vurduğu üçün Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi