Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Çex Respublikasının "Viktoriya Jijkov" klubu yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, 2-ci liqa təmsilçisi "Yablonets"ə 2:0 hesabı ilə qalib gəlib.
Komandalar gün ərzində fərqli heyətlərlə iki dəfə üz-üzə gəlib. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi sonadək oynayıb.
Fəridin iştirak etmədiyi digər qarşılaşmada da isə "Yablonets" eyni hesabla qalib gəlib.
saytlarin hazirlanmasi