Azərbaycanda davam edən koronavirus pandemiyasına qarşı mübarizədə hər zaman həssas olan "Qarabağ" öz ənənəsini davam etdirir.
Sportal.az klubun "facebook" səhifəsinə istinadla xəbər verir ki, Koronavirusun yayılmağa başladığı ilk gündən mütəmadi olaraq bazada dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam şəkildə riayət olunur.
Bu gün isə idari, məşqçi və futbolçu heyəti başda olmaqla bütün personallardan koronavirus testi götürülüb və hərarətləri yoxlanılıb.
saytlarin hazirlanmasi