Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu bu mövsüm İstanbul klubunda qalacağını deyib:
"Nələr olacağını bilmirəm. İki illik müqaviləm var. Bu mövsüm hələ ki buradayam".
34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur. Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.
saytlarin hazirlanmasi