Türkiyənin "Osmanlıspor" klubunun adı dəyişdirilib.
Sportal.az xəbər verir ki, klub bundan sonra "Ankaraspor" adlandırılacaq. Komanda yeni mövsümdən I Liqada “Ankaraspor” adı ilə mübarizə aparacaq.
Ankara təmsilçisi əvvəllər "Ankaraspor" adı ilə mübarizə aparsa da, 2014-cü ildə adını və loqosunu dəyişərək "Osmanlıspor"a keçmişdi. Klub 1978-ci ildən fəaliyyət göstərir.
saytlarin hazirlanmasi