"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə razılığa gəlib. Onun transferi tezliklə rəsmi şəkildə açıqlanacaq.
İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi