Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messinin cəzasını ləğv edib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu 2019-cu ildə Kopa Amerikanın 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqib futbolçu Qari Medellə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.
CONMEBOL Argentina Futbol Federasiyasının müraciətinə əsasən, diskvalifikasiya müddətinin başa çatdığını və futbolçunun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.
Messi oktyabrın 8-i Ekvador, 5 gün sonra isə Boliviya ilə matçda iştirak edə bilər.
saytlarin hazirlanmasi