"Təhqirlərə məruz qaldım" - Florentino Peres

16:26 - 22 Aprel 2021

“Real”ın prezidenti Florentino Peres Avropa Super Liqası layihəsinin uğursuzluğa düçar olduğunu etiraf edib.

 

Sportal.az xəbər verir ki, o, buna görə təhdidlərə məruz qaldığını deyib:

 

“Uzun illərdir bu layihə üzərində işləyirdik. Ancaq bəlkə də onu kifayət qədər aydın izah edə bilmədik. Mən bir az məyusam. Üç il çalışdıq, İspaniya futbolundakı mövcud maliyyə vəziyyəti ilə mübarizə apardıq. UEFA və La Liqa prezidentlətinin təzyiqi ilə üzləşdim. Heç vaxt buna bənzər bir şey görməmişdim: təhdidlər, təhqirlər...sanki kimisə qətlə yetirmişdik, futbolu öldürmüşdük.

 

Çempionlar Liqasının formatı köhnədir və yalnız 1/4 final mərhələsindən sonra maraqlı olur. Bu format açıq şəkildə işləmir. Ona görə də, Avropanın böyük komandalarının tez-tez bir-birləri ilə oynayacağı bir formata sahib olan turnirə başlamaq istədik. Burda daha çox pul qazanılacağını fikirləşirdik.

 

İngiltərə klublarından biri bu layihəni istəmirdi. Ad çəkməyəcəm, ancaq bu klub digərlərinin də fikrini dəyişdi. FIFA böyük tamaşa yaratdı, sanki atom bombası atmışdıq. Super Liqa layihəsinin öldüyünü düşünürsüzsə, yanılırsız. Layihə dayandırılıb. UEFA və FİFA-dan qorxmuram. Sözlərimi açıq şəkildə deyirəm".

Xəbər xətti