İspaniyanın Bilbao şəhəri AÇ-2020-nin oyunlarını qəbul etməkdən imtina edib.
Sportal.az xəbər verir ki, şəhər hakimiyyəti stadionlara azarkeş buraxmaq tələblərini yerinə yetiməyəcəyi üçün bu addımı atıb.
Bilbao ilə yanaşı, Münhen və Dublin də UEFA-nın azarkeşlərlə bağlı tələbini yerinə yetirə bilməyəcəklərini bildiriblər. Lakin bu şəhərlər hələ ki turnirdən imtina etməyiblər.
UEFA-nın sabahkı iclasında təşkilatçı şəhərlərlə bağlı yekun qərar veriləcək.
saytlarin hazirlanmasi