İrlandiyanın paytaxtı Dublin AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.
Sportal.az xəbər verir ki, buna səbəb şəhərin azarkeşlərlə bağlı öhdəliyi yerinə yetirməməsi olub. Bu şəhərdə baş tutmalı olan Polşa - Slovakiya (14 iyun) və Slovakiya - İsveç (23 iyun) matçları Rusiyanın Sankt-Peterburq şəhərində reallaşacaq.
UEFA İcariyyə Komitəsinin bu gün keçiriləcək iclasında bununla bağlı qərar açıqlanacaq.
Daha əvvəl Bilbao AÇ-2020-nin oyunlarını qəbul etməkdən imtina edib. Almaniyanın Münhen şəhəri də UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib.
saytlarin hazirlanmasi