Uels Futbol Assosiasiyası yığmanın baş məşqçisi Rayan Giqqzin AÇ-2020-nin oyunları zamanı komandanın başında olmayacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırılması olub. Onu turnirdə Robert Peyc əvəzləyəcək.
Uels millisi A qrupunda İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Komanda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
saytlarin hazirlanmasi