Ukrayna Premyer Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Kiyev "Dinamo"su 23-cü turda "İnqulets"ə 5:0 hesabı ilə qalib gələrək sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib (58 xal). Mirça Luçeskunun baş məşqçisi olduğu komanda Donetsk "Şaxtyor"u (45 xal) üçün əlçatmaz olub.
"Dinamo" tarixində 16-cı dəfə çempion olub. Kiyev təmsilçisi sonuncu dəfə 2016-cı ildə ölkə çempionu adı qazanmışdı.
"Dinamo" bu mövsüm ölkə kubokunu da qazanıb.
saytlarin hazirlanmasi