"Bu oyunda futbolçularımın dözümlülüyü mənim üçün çox vacib idi. Həddindən artıq yoruldular. Qarşıdakı 2-3 gündə oyunçuların normal formalarını bərpa etməsi olduqca önəmlidir".
Sportal.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri haqqında danışarkən deyib.
49 yalı mütəxəssis hazırda bu barədə düşünmədiklərini bildirib: "Oyundan-oyuna futbolçuların funksional və texniki tərəfləri daha da yaxşılaşacaq. Sadəcə, zədəlilər bizə çətinlik yaradır. Məsələn, Bəhlul Mustafazadəni götürmüşük. İndiyədək bizimlə məşq etməyib. Bu da problemdir. Qarşıda bir neçə günümüz var. Heyəti rəqibə uyğun formalaşdırmağa çalışacağıq. Hazırda mənim üçün vacib olan futbolçularımızın böyüməsi, bərkiməsi və öz formalarını yaxşılaşdırmasıdır".
II təsnifat mərhələsinin cavab oyununda səfərdə İsrail "Aşdod"una 1:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti raunda adlayıb. Ağdam klubunun bu mərhələdəki rəqibi AEL (Kipr) olacaq. "Köhlən atlar" ilk oyununu səfərdə keçirəcək.
saytlarin hazirlanmasi