"Qarabağ"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu, Kiprin AEL klubudu. Komanda II təsnifat mərhələsində "Vlajniya" ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. Kipr klubu ilk qarşılaşmada da albanları 1:0 hesabı ilə məğlub etmişdi.
Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-i, cavab görüşləri isə avqustun 12-i keçiriləcək. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.
saytlarin hazirlanmasi