"Qarabağ"ın futbolçusu AEL-lə hər iki oyunu buraxacaq

14:14 - 31 İyul 2021

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod"la cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumu ciddidir.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi III təsnifat mərhələsində Kiprin AEL klubu ilə baş tutacaq hər iki oyunu buraxacaq.

 

"Qarabağ" Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Xəbər xətti