"Qarabağ"ın kapitanı Maksim Medvedevin cəzası açıqlanıb.
Sportal.az xəbər verir ki, bu barədə fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi bildirib ki, artıq bununla bağlı UEFA-dan məktub gəlib: "UEFA Maksim Medvedevə bir oyunluq cəza verib. Kapitanımız "Aşdod"la səfər matçını buraxdığından AEL-lə oyunlarda meydana çıxa biləcək".
Maksim Medvedev Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod"la (İsrail) Bakıdakı oyunun (0:0) 83-cü dəqiqəsində qırmızı vərəqə almışdı. "Qarabağ" AEL-lə (Cənubi Kipr) ilk oyunu avqustun 5-də səfərdə, cavab matçını ayın 12-si Bakıda keçirəcək.
saytlarin hazirlanmasi