"Fənərbaxça"nın futbolçusu Dmitri Pelkas komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Yunanıstan millisinin üzvünü Fransanın "Lion" klubu transfer etmək istəyir. Məlumata görə, "aslanlar" bu keçid üçün 7 milyon avrosundan keçməyə hazırdır. Lakin "sarı-lacıvərdlilər" hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro təzminat tələb edir.
"Fənərbaxça" 27 yaşlı futbolçunu 2020-ci ildə PAOK-dan 1,9 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi