AEL-in futbolçusu: "Qarabağ"a qarşı iki əla oyun göstərmək istəyirik"

15:22 - 2 Avqust 2021

AEL-in futbolçusu Euller Silva Konfrans Liqasının 3-cü mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin müdafiəçisi ölkəsinin mətbuatına açıqlama verib. 26 taşlı futbolçu məqsədlərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu deyib:

 

"Qarabağ"a qarşı iki əla oyun göstərmək istəyirik ki, pley-off mərhələsində özümüzə yer edək. Komanda "Qarabağ"la oyunların əhəmiyyətini dərk edir. Hər iki oyuna əla motivasiya olmuşuq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu mövsüm həmin istəyimizi həyata keçirmək üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, “Qarabağ” AEL-lə ilk matçını avqustun 5-də səfərdə, cavab oyununu isə bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti