“Qarabağ”ın yeni transferi Marko Veşoviç keçmiş klubu “Legiya” ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Üç il yarımdan sonra “Legiya” ilə vidalaşmağın vaxtı gəldi. Dünyanın ən yaxşı azarkeş qruplarından birinin qarşısında oynamaq şərəf və xoş idi. Yaxşı və pis məqamlar oldu. Bilirsiz ki, Veşoviç bu formada çıxdığı hər oyunda hər şeyini verirdi. Burada yaxşı dostlarla qarşılaşdım, ailəm paytaxt Varşavaya aşiq oldu. Mən həqiqi “Legiya”lı oldum. Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Klubuma və komanda yoldaşlarıma Avropa arenasında və Polşa çempionatında mübarizədə ən yaxşısını arzu edirəm”.
Monteneqrolu futbolçu “Qarabağ”la 2 illik müqavilə imzalayıb.