Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən AEL - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanıb.
Sportal.az xəbər verir ki, 90+3-cü dəqiqədə Abdulla Zubirin vurduğu bərabərlik qolundan sonra meydanda ara qarışıb. Kiprli azarkeşlərlə "Qarabağ"ın ehtiyat oyunçular skamyası arasında mübahisə yaranıb.
Hakim Boyan Panciçin qərarı ilə oyun dayandırılıb və futbolçular meydanı tərk edib. Hazırda hesab 1:1-di.
saytlarin hazirlanmasi