Rüfət oynadı, komandası uduzdu

11:59 - 30 Oktyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.


Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə "Proyssen Münster"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub


Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Şalke 2” bu nəticədən sonra 13 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti