"Fənərbaxça" Türkiyə Super Liqasının 11-ci turunda səfərdə "Konyaspor"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu oyunda 3 əsas futbolçusunu itirib. Qapıçı Altay Bayındır, yarımmüdafiəçi Luis Qustavo və hücumçu Enner Valensiya zədələnərək meydanı tərk edib.
Altayın zədəsinin daha ciddi olduğu bildirilir. 23 yaşlı "əlcək sahibi"nin 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
saytlarin hazirlanmasi