Türkiyə I Liqasında 11-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyun günündə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gələcək. Belə ki, Namik Ələskərovun şərəfinin qoruduğu "Bursaspor" öz meydanında Vüsal İskəndərlinin oynadığı "Ankara Keçiörengücü"nü qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.
10 turdan sonra 11 xal toplayan "Bursaspor" 12-ci, 7 xalı olan "Ankara Keçiörengücü" isə 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi