Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.
Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın IX turuna təsadüf edib. 30 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə qarşılaşmada 4:0 hesablı qələbəyə dublla töhfə verib. Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç Premyer Liqada 27, avrokuboklarda 4 qol vurub.
Filip “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. O, hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16-18-ci yerləri bölüşür.
saytlarin hazirlanmasi