Ayaz "Soçi"yə qarşı oynadı

12:54 - 1 Noyabr 2021

Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” doğma meydanda “Soçi” ilə qarşılaşıb. Tula təmsilçisi bu oyunda rəqibinə 1:2 hesabı ilə məğlub olub.

 

Quliyev bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

 

“Arsenal” 13 turda 12 xal toplayıb və 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti