Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” səfərdə “Dnepr-1” ilə qarşılaşıb və uduzub – 0:4.
Eldar start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib. Quliyev 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Rüstəmin adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
13 turdan sonra 8 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.
saytlarin hazirlanmasi