"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Kayrat"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Qazaxıstan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan əvvəl baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sizin üçün daha vacib olan nədir? Konfrans Liqasında uğurlu çıxış, yoxsa Qazaxıstan kubokunda qələbə?
- Biz Konfrans Liqası və Qazaxıstan kubokunu fərqləndirmirik. Bütün oyunlar bizim üçün vacibdir. Ona görə də hər iki turnirdə qalib gəlmək istəyirik. Düşünürəm ki, sabah pley-offa çıxmaq şanslarımız baxımından həlledici qarşılaşma olacaq.
- Demək olar ki, əsas heyət "Astana" ilə yarımfinal matçı üçün Nur-Sultana uçmayacaq?
- Əlbəttə yox. Fikir vermisinizsə, Qızılordada “Kaisar”la oyuna əsas heyətlə getmişdik. Ona görə də biz Qazaxıstan kubokuna ciddi yanaşırıq. Heyətdə ciddi rotasiya olmayacaq.
- Çoxları qeyd etdi ki, Bakıda “Qarabağ”la oyunun ilk hissəsi sizin rəhbərliyiniz altında komandanın oyunu baxımından ən yaxşısı oldu. İndi komandanın çıxışını necə qiymətləndirirsiniz?
- "Qarabağ”la oyunun ilk hissəsindəki kimi 90 dəqiqə oynasaq, müsbət nəticə əldə edə biləcəyik. Komandamızın oyununda müsbət dəyişikliklər görürəm, amma yenə də zonalararası oyunda tarazlığa nail olmalıyıq.
- Yaçek Quralskinin forması haqqında nə deyə bilərsiniz? O, ilk 11-likdə oynamağa nə dərəcədə hazırdır?
- O, tam hazır deyil. 90 dəqiqə oynaya bilməyəcək.
- “Qarabağ”la ilk oyunda Dino Mikanoviçin çıxış etdiyi “Kayrat”ın müdafiəsinin sağ cinahından rəqib çoxlu hücumlar etdi. Sabah Kamo Hovhannisyanı bu mövqedə gözləmək olarmı?
- “Qarabağ”ın çox güclü sol cinahı var. Bu, təhlükəli hücum xəttidir. Bu cinahdan oynamaq bizim üçün çətin idi. Kamo sabah start heyətdə oynaya bilər.
Xatırladaq ki, “Kayrat” - “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 19:30-da “Almatı Mərkəzi Stadionu"nda baş tutacaq.
saytlarin hazirlanmasi