"Omoniya"nın futbolçusu Yannis Kusulos Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi tvitter səhifəsi məlumat yayıb. Bir müddətdir zədəli olan 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq. Onun noyabr ayında meydana çıxmağı gözlənilmir.
Qeyd edək ki, Yannis Kusulos "Qarabağ"ın 4:1 hesablı qələbəsilə başa çatan ilk qarşılaşmada da zədə səbəbdən oynamayıb. Komandalar arasında ikinci oyun noyabrın 25-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi