Mahir Emreli: "Biz "Legiya"yıq, təslim olmayacağıq"

12:30 - 5 Noyabr 2021

Milli komandamızın üzvü Mahir Emrelinin çıxş etdiyi "Legiya" Avropa Liqası qrup mərhələsinin 4-cü turunda "Napoli"yə 1:4 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, Polşa təmsilçisinin yeganə qolunun müəllifi olan 24 yaşlı forvard qarşılaşmadan yerli mətbuata sonra açıqlama verib:

 

"Qol vurmağımdan çox vaxt keçib. Baş məşqçinin mənə verdiyi etimadı hiss etdim. Mənə inandığını hiss edirəm. Döyüşmək və yaxşı oynamaq üçün məni sövq edir . Bu, mənim ona təşəkkürüm idi. Başqa heç nə.

 

Hələ bu oyunlar başlamazdan əvvəl yaxşı çıxış edəcəyimizə inanırdım. Biz iki turdan sonra çox yaxşı başladıq, turnir cədvəlində lider idik. Amma “Napoli”ni tanıyırıq. Yaxşı futbol oynayırlar. Biz özümüzü buna hazırlamışıq. Onlar əslində İtaliyada ən yaxşı futbol oynayan komandadır. Təbii ki, penaltilər, bəzi səhvlər nəticəsində məğlub olduq.

 

Məncə hesab 1:4 olmamalı idi. Futboldan anlayan hər kəs bunu görüb. Biz "Legiya"yıq, hər şey üçün mübarizə aparmalıyıq. Biz təslim olmayacağıq".

Xəbər xətti