Krivotsyuk ehtiyatda qaldı

00:53 - 6 Noyabr 2021

Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) evdə “Termalika” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

 

Krivotsyuk sonadək ehtiyatda qalıb.

 

“Visla” 17 xalla 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti