Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda doğma meydanda “Mariupol”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Rüstəm bu görüşün 54-cü dəqiqəsində meydana çıxıb. Ancaq o, 90+6 və 90+7-ci dəqiqələrdə ardıcıl iki sarı vərəqə alan millimizin hücumçusu meydandan qovulub.
14 turdan sonra 8 xalı olan “Minay” 16 komanda arasında 14-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatında 1 oyun var.