"Qarabağ"ın futbolçusu bu göstəricidə fərqlənir

15:39 - 7 Noyabr 2021

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, ən kobud oynayan futbolçular sırasında "Qarabağ"ın üzvü Patrik Andrade də var.  Kabo-verdeli qrup mərhələsinin ilk 4 turunda rəqiblərə ən çox cərimə zərbəsi qazandıran oyunçudur. 28 yaşlı yarımmüdafiəçi 12 dəfə kobudluqla yadda qalıb ki, bu göstəricidə qrupdakı rəqiblərdən “Kayrat”ın hücumçusu Joze Kante ilə birlikdə liderliyi bölüşür. Ağdam təmsilçisinin digər yarımmüdafiəçisi Kadi Borqesdə bu say 10-a bərabərdir. Braziliyalı vinger 5-ci yerə şərikdir.

 

Kadi kobudluğa ən çox məruz qalan ikinci futbolçudur. Rəqiblər onu 13 dəfə cərimə bahasına dayandırmalı olublar. Bu göstərici üzrə lider Jair (HİK) Kadidən 1 cərimə öndədir. Ağdamlıların digər hücumameyilli oyunçusu Abdullah Zubir isə 9 dəfə kobudluğa məruz qalıb.

 

H qrupunda yer alan “Qarabağ” ilk 4 turda 10 xal toplayaraq, pley-offa vəsiqəni təmin edib.

Xəbər xətti