Türkiyə I Liqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Ankara Keçiörengücü" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Ankara derbisi ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Vüsal da bu gürüşdə iştirak edib. 39-cu dəqiqədə meydana daxil olan 26 yaşlı vinger 52-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub.
Xallarını 10-a yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi