Qurban Qurbanovla 400-cü matç

14:59 - 8 Noyabr 2021

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 400-cü çempionat matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın X turuna təsadüf edib. “Sumqayıt”ın qonağı olan Ağdam klubu 49 yaşlı mütəxəssislə yubiley sınağında qalib gəlib – 4:0.

 

Qurbanovun “Qarabağ”da debütü 2008/09 mövsümünə təsadüf edib. 2008-ci il avqustun 9-dakı səfər matçında ağdamlılar “Bakılı”ya qalib gəlib – 2:1. Arxada qalan 13 il müddətində Qurbanovlu “Qarabağ” 238 qələbə qazanıb, 101 heç-heçə edib və 61 dəfə uduzub. Bu görüşlərdə onun yetirmələri 876 xal toplayıb.

Xəbər xətti