Konfrans Liqasında çıxış edən 4 klubun futbolçusu fərqləndirilib.
Sportal.az xəbər verir ki, bu 4 oyunçu arasında "Qarabağ"ın hücumçusu Musa Qurbanlı da var.
Digər 3 futbolçu isə PAOK-dan (Yunanıstan) Yasmin Kurtiç, "Budyo Qlimt"dən (Norvç) Uqo Vetlesen və "Zarya"dn (İkrayna) Şahab Zahedidir. Paylaşıma izləyicilərə "Bu həftəsonu ən çox diqqətinizi kim çəkdi" sualı ünvanlanıb.
19 yaşlı hücumçu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"ın "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldiyi oyunda dubl edib. Yasmin Kurtiç və Uqo Vetlesen də 2 qol vurub. Şahab Zahedi isə het-trik eib. Futbolçuların bu performansına görə Konfrans Liqasının rəsmi səhifəsi onlar haqda paylaşım edib.
saytlarin hazirlanmasi