“Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro millisində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə qarşılaşmanın iştirakçısı olub. Matç Monteneqronun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan “Qarabağ”ın futbolçusu 90 dəqiqə oynayıb.
Monteneqro yığması seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi