Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Omoniya"da zədəli futbolçuların son durumu məlum olub.
Sportal.az xəbər verir ki, Konfrans Liqasının 2-ci turunda Ağdam təmsilçisi ilə ilk matçda (1:4) zədələnən Erik Boteak artıq məşqlərə başlayıb. Fransalı yarımümdafiəçinin Kipr çempionatının 10-cu turunda "Aris"lə görüşə hazır olduğu bildirilib. O, "Qarabağ"la matçda da iştirak edə biləcək.
Komandanın digər zədəli futbolçuları Yannis Kusulos və qapıçı Fabiano isə hələ də sağalmayıblar.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" matçı sentyabrın 25-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi