Türkiyə SuperLiqasının 13-cü turu çərçivəsində baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və İbrahim Çağlar Uyarcan kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Erkan Özdamar yerinə yetirəcək.
Qeyd edək ki, 21 noyabr tarixində "NEF Stadionu"nda baş tutacaq matçın start fiti Bakı vaxtilə saat 20:00-da səslənəcək.
saytlarin hazirlanmasi