“Qarabağ” – “Keşlə” oyunu 2 manata

22:48 - 18 Noyabr 2021

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Keşlə” qarşılaşmasının biletləri oyun günü – noyabrın 19-da satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.


Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.

 

Satış məntəqələri:

Azersun Arena;
Park Bulvarın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK Fan-Şopunda (10:00-dan 17:00-dək).
Qeyd: Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Xəbər xətti