"Qarabağ"ın futbolçusu rəqibi təhqir etdiyinə görə Türkiyədə cəzalandırıldı

12:41 - 19 Noyabr 2021

"Qarabağ"ın icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda oynayan futbolçusu Ovusu Kvabena cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşdığı videoya görə iki oyunluq diskvalifikasiya olunub. Bundan başqa o, 13 000 lirə məbləğində cərimələnib.

 

Qeyd edək ki, Ovusu instaqram səhifəsində "Ümraniyespor"a vurduğu qolun videosunu paylaşaraq rəqib futbolçunu təhqir etmişdi.

Xəbər xətti