"Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç daha bir il "Konyaspor"da çıxış edəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı "əlcək sahibi"nin Türkiyə klubu ilə mövsümün sonunda bitməli olan müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Şehiç 2018-ci ildə "Qarabağ"ı "Ərzurumspor"a dəyişmişdi.
saytlarin hazirlanmasi